Türkiyədə ağır qəza olub, altı nəfər ölüb

Türkiyədə ağır qəza olub, altı nəfər ölüb

Bakı. TurkicWorld:

Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində ağır qəza olub.

TurkicWorld-un məlumatına görə, mikroavtobusla süd daşıyan maşının toqquşması nəticəsində 6 nəfər həlak olub, daha 15 nəfər isə xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib. Qəza baş verən bölgədə hərəkət məhdudlaşdırılıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.