Türkiyə dron ovçusu Şahini ilk dəfə nümayiş etdirib (FOTO)

Türkiyə dron ovçusu Şahini ilk dəfə nümayiş etdirib (FOTO)

Bakı. TurkicWorld:

Türkiyəni ASELSAN şirkəti tərəfindən pilotsuz uçuş aparatlarına (PUA) qarşı təhtidləri aradan qaldırmaq üçün hazırlanan yeni Şahin dron ovçusu ilk dəfə "EFES-2022 Təlimi" çərçivəsində nümayiş etdirilib. TurkicWorld-un məlumatına görə, dron ovçusu 40 millimetrlik qumbaraatanla və smart sistemlərlə təchiz olunub.

Testlərdən uğurla çıxan Şahinin yaxın zamanlarda Türkiyə Təhlükəsizlik Qüvvələrinin istifadəsinə verilməsi gözlənilir.