Türkiyə ordusu terror təşkilatına məxsus suiqəsdçini zərərsizləşdirib

Türkiyə ordusu terror təşkilatına məxsus suiqəsdçini zərərsizləşdirib

Bakı. TurkicWorld:

Müxtəlif terror aktlarında iştirak edən PKK teror təşkilatına məxsus suiqəsdçi Dilbrin Kaçar Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib. TurkicWorld-un məlumatına görə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı tərəfindən Suriyada zərərsizləşdirilən suiqəsdçi Türkiyəyə gətirilib.

Məlumata görə, Kaçar 2015-ci ildə terror təşkilatına qatılıb. O, Türkiyə ordusu tərəfindən aparılan ‘Zeytin Dalı’ və ‘Barış Pınarı’ əməliyyatları zamanı terror təşkilatı adına müxtəlif terror aktlarında iştirak edib.