...

Türkiyənin yeni kamikadze PUA-sı ilk dəfə nümayiş etdirilib

Digər xəbərlər Digər xəbərlər 6 İyun 2022 17:21
TurkicWorld Daspina Hasanova
Türkiyənin yeni kamikadze PUA-sı ilk dəfə nümayiş etdirilib

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesi çərçivəsində hazırlanan yeni kamikadze pilotsuz uçuş aparatı Kargı ilk dəfə "EFES-2022 Təlimi" çərçivəsində nümayiş etdirilib, TurkicWorld-un məlumatına görə, Kargı Layihəsi Lentatek-in rəhbərliyi altında ASELSAN, TÜBİTAK SAGE və TEI ilə əməkdaşlıqda həyata keçirilir.

Kütləvi şəkildə istehsalına sayılı günlərin qaldığı Kargı PUA-ları TÜBİTAK-ın dəstəyi ilə yerli və milli resurslarla hazırlanır.

Qeyd edək ki, düşmənə məxsus hava məkanında uzun müddət uçaraq hava hücumundan müdafiə radarlarını bloklamağa məcbur edən təyyarə, üzərindəki RF axtarış və məhvetmə sistemi ilə hədəfi taparaq müvəffəqiyyətlə məhv edə biləcək.

Məqalədə:
Xəbərlər

Xəbər lenti