Türkiyədə terror təşkilatına məxsus çoxlu sayıda silah-sursat ələ keçirilib

Türkiyədə terror təşkilatına məxsus çoxlu sayıda silah-sursat ələ keçirilib

Bakı. TurkicWorld:

‘Eren Abluka-7’ hərəkatı çərçivəsində keçirilən əməliyyatda Türkiyənin Tunceli vilayətində PKK terror təşkilatına aid anbar aşkar edilib. TurkicWorld-un Türkiyənin Daxili İşlər Nazirliyindən aldığı məlumata görə,əməliyyat nəticəsində terror təşkilatına məxsus çoxlu sayıda silah-sursat, beş tondan çox ərzaq və məişət materialları ələ keçirilib.

Qeyd edək ki, Türkiyənin şərqindəki Tunceli vilayətində "Eren Abluka" antiterror əməliyyatının yeddinci mərhələsi başlayıb.

'Eren Abluka-7' antiterror əməliyyatı aprel ayının 29-u Türkiyənin şərqindəki Tunceli vilayətində başlayıb. Əməliyyatın əsas məqsədi - Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.

Fəaliyyət çərçivəsində 40 qrup və tərkibində ümumilikdə 600-dən çox jandarma xüsusi təyinatlısı cəlb edilib.