İstanbuıda işçiləri aparan mikroavtobus qəzaya uğrayıb

İstanbuıda işçiləri aparan mikroavtobus qəzaya uğrayıb

Bakı. TurkicWorld:

Türkiyədə işçiləri aparan mikroavtobus qəzaya uğrayıb, TurkicWorld-un məlumatına görə hadisə İstanbulun Ümraniyə rayonunda baş verib.

Məlumata görə, hadisə nəticəsində 11 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, avtobusda nasazlıq yarandığı üçün sürücü idarəetməni itirib və yolun kənarında dayanan yük maşınına çırpılıb.

Yaralı işçilər xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.