Bakıda TEKNOFEST çərçivəsində aviaşou keçirilib (FOTO/VİDEO)

Bakıda TEKNOFEST çərçivəsində aviaşou keçirilib (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

Bakıda TEKNOFEST beynəlxalq aviasiya, kosmos və texnologiyalar festivalı çərçivəsində aviaşou keçirilib.

TurkicWorld-un məlumatına görə, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları və helikopterləri Bakı səmasında yüksək pilotaj fiqurları nümayiş etdirib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.