İğdır universitetində Zəngəzur koridorunun əhəmiyyətindən danışılıb

İğdır universitetində Zəngəzur koridorunun əhəmiyyətindən danışılıb

Bakı. TurkicWorld:

Türkiyənin İğdır universitetində Zəngəzur koridorunun əhəmiyyətindən danışılıb, TurkicWorld-un məlumatına görə, İğdır Universiteti və Serhat İnkişaf Agentliyinin (SERKA) əməkdaşlığı ilə təşkil edilən “Zəngəzur Dəhlizinin Regional İnkişaf və İqtisadi İnkişafda Strateji Önəmi” mövzusunda seminar keçirilib.

Seminarda Iğdır valisi Hüseyn Engin Sarıibrahim, İğdır Universitetinin rektoru Prof. Dr. Mehmet Hakkı Alma, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İstanbul Universitetinin prorektoru Prof. Dr. İlyas Topsakal və Türkiyə və Azərbaycandan digər nümayəndələr də iştirak ediblər.