Azərbaycanla Özbəkistan arasında kosmik sahədə əməkdaşlıq genişləndirilir

Azərbaycanla Özbəkistan arasında kosmik sahədə əməkdaşlıq genişləndirilir

Bakı. TurkicWorld:

Özbəkistanda keçirilmiş "Kosmik Texnologiyalar Konfransı" çərçivəsində "Azərkosmos" agentliyi ilə "Uzbekkosmos" agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

TurkicWorld bu barədə "Uzbekkosmos" Kosmik tədqiqatlar və texnologiyalar agentliyinə istinadən məlumat verir.

Əməkdaşlıq memorundumuna əsasən, tərəflər arasında kosmik texnologiyalar və monitorinqlə əlaqədar layihələrin reallaşdırılması, kadrların hazırlanması, təkrar hazırlığı və ixtisas artırılması, kosmik monitorinqin tətbiqi və tənzimlənməsi üzrə təcrübə mübadiləsi kimi fəaliyyətlər nəzərdə tutulur.