Fransa mətbuatında Ağdamın ermənilər tərəfindən dağıdılması haqqında məqalə dərc olunub

Fransa mətbuatında Ağdamın ermənilər tərəfindən dağıdılması haqqında məqalə dərc olunub

Bakı. TurkicWorld:

Fransanın l’Express saytında ermənilər tərəfindən Ağdam şəhərinin dağıdılması haqqında məqalə dərc edilib.
TurkicWorld xəbər verir ki , məqaladə 1993-cü ildə ermənilər tərəfindən işğal olunan Ağdamdan 28 min azərbaycanlının yurdundan didərgin düşdüyü bildirilir.

“Şəhərin işğalı nəticəsində 28 min azərbaycanlı öz yurdundan didərgin düşüb və bununla da Ağdam ruhlar şəhərinə çevrilib ”-deyə məqalədə qeyd olunur.

Məqalədə eyni zamanda, Vətən müharibəsidən sonra, Ermənistan işğalından azad edilmiş torpaqlara Azərbaycan hökumətinin təşkil etdiyi avtobus turlarının təşkil edilməsi də bildirilir.

“Azərbaycan hökuməti yanvar ayından azad edilmiş torpaqlara müntəzəm avtobus səfərləri təşkil etməyə başlayıb. Ağdama və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya gedən avtobuslar həftədə iki dəfə Bakıdan yola düşür” –deyə məqalədə qeyd olunur.

Bütün bunlarla yanaşı, şəhərdə ermənilər tərəfindən ciddi dağıntılar törədilməsi nəticəsində, sakinlərin qoyub getdikləri evlərinin xarabalıqlarını belə tapa bilmədiyi da vurğulanır.