Türkiyənin Parisdəki Baş Konsulluğuna hücum edilib

Türkiyənin Parisdəki Baş Konsulluğuna hücum edilib

Bakı. TurkicWorld:

Türkiyənin Parisdəki Baş Konsulluğuna şəxsiyyəti müəyyən edilməyən şəxslər tərəfindən fişəng tipli partlayıcılarla hücum edilib.

TurkicWorld-un məlumatına görə, mayın 12-i gecə yerli vaxtla saat 02:30 radələrində baş verib.

Hücum nəticəsində baş konsulluğun binasının pəncərəsi sınıb və divarları zədələnib. Fransa rəsmiləri hücumla bağlı araşdırmalara başlayıb.

Mənbələrin verdiyi məlumata görə, hücuma görə məsuliyyəti PKK-ya bağlı birləşmələrin üzərinə götürdüyü öyrənilib.