Hulusi Akar Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb

Hulusi Akar Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı çərçivəsində bu günədək 73 terrorçu zərərsizləşdirib.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Aralıq dənizi bölgə komandanlığına ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

O, əlavə edib ki, bu müddət ərzində 102 sığınacaq və 500-dən çox partlayıcı maddə məhv edilib.

Eyni zamanda, 10 türk hərbçi həlak olub. Bölgədə antiterror əməliyyatı davam etdirilir.

Qeyd edək ki, "Pəncə Kilid" əməliyyat aprelin 18-də başlayıb.