Türkiyə əməliyyatdan əvvəl PCR test tələbini ləğv edib

Türkiyə əməliyyatdan əvvəl PCR test tələbini ləğv edib

Bakı. TurkicWorld:

Türkiyədə epidemioloji vəziyyətlə bağlı daha bir qayda aradan qaldırılıb, TurkicWorld-un məlumatına görə Səhiyyə Nazirliyi əməliyyatdan əvvəl PCR test tələbinin ləğv edildiyini açıqlayıb.

Məlumatda bildirilir ki, Türkiyə Səhiyyə Nazirliyinin aprelin 26-da keçirilən sonuncu iclasında qəbul edilən qərara əsasən xəstəxanalardan əməliyyat zamanı endoskopiya və kolonoskopiya kimi müdaxilə prosedurlarından əvvəl xəstələr üçün artıq PCR testlərinə ehtiyac olmadığını bildirib.

Qeyd edək ki, Türkiyənin Səhiyyə Nazirliyi bu qərarı əhalinin yoluxma sayını və peyvənd nisbəti faktorlarını nəzərə alaraq qəbul edib.