Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilib və bu istiqamətdə geniş-miqyaslı tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov kommersiya banklarının rəhbərləri ilə görüşü zamanı deyib.

Mərkəzi Bankın sədri görüşdə çıxış edərək cənab Prezident İlham Əliyevin ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair müəyyən etdiyi hədəf və vəzifələri xüsusi qeyd etdi. Bildirdi ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilmişdir və bu istiqamətdə geniş-miqyaslı tədbirlər davam etdirilir.

Bank sektorunun dayanıqlıq göstəricilərinə diqqət çəkən T.Kazımov bank sisteminin ölkədə maliyyə inklüzivliyinin inkişafındakı aparıcı rolunu xüsusilə qeyd etdi və bildirdi ki, növbəti dövrdə ölkədə maliyyə əlçatanlığının artırılması, müasir bankçılıq üzrə qlobal çağırışlara uyğunlaşma, milli iqtisadiyyatın inkişafına davamlı dəstək üzrə yeni hədəflərə nail olma və digər istiqamətlərdə aktiv işlər davam etdiriləcəkdir.