İsveçli rejissor Şuşa haqqında sənədli film çəkəcək

İsveçli rejissor Şuşa haqqında sənədli film çəkəcək

Şuşa. TurkicWorld:

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhərinin mədəni-tarixi irsi haqqında sənədli film çəkməyi planlaşdırır.

TurkicWorld-un məlumatına görə, o, bunu Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə deyib.

"Bu, Avropa ictimaiyyətinə bu şəhərin xüsusiyyətləri və mədəniyyətini izah etmək cəhdidir. Filmin premyerası avqust ayında Türkiyədə baş tutacaq, çəkilişlər isə Şuşa və Bakıda keçiriləcək. Şuşada gördüyüm ən təsirli məqamlardan biri Azərbaycan mədəniyyət xadimlərinin güllələnmiş abidələri idi. Onlar bütün dağıntıların bərpasının mümkünlüyünün rəmzidir, bütün abidələr yaxın gələcəkdə bərpa ediləcək.

Qeyd edək ki, bu gün Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində "Şuşa - dirçəlişə gedən yol" və "Əməkdaşlıq, imkanlar və çağırışlar" mövzusunda iki panel müzakirələri nəzərdə tutulub.