Moskvada Putinlə Quttereşin görüşü olub

Moskvada Putinlə Quttereşin görüşü olub

Bakı. TurkicWorld:

Moskvada Rusiya Prezidenti Vladimir Putin və BMT-nin Baş katibi Antonio Quterreş arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, Kremlin məlumatına görə, tərəflər Ukrayna böhranını, o cümlədən Mariupol və “Azovstal”da vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, sonuncu dəfə BMT-nin Baş katibi Moskvaya ötən ilin mayında gəlib. Budəfəki səfərindən əvvəl o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.