Türkiyədə qapalı məkanlarda maska taxmaq məcburiyyəti aradan qaldırılıb

Türkiyədə qapalı məkanlarda maska taxmaq məcburiyyəti aradan qaldırılıb

Bakı. TurkicWorld:

Türkiyədə qapalı məkanlarda maska taxmaq məcburiyyəti aradan qaldırılıb.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Komissiyasının iclasının yekununda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Koronavirus tədbirləri çərçivəsində təxminən 3 ildir davam edən qapalı məkanlarda maska taxmaq məcburiyyəti tamamilə aradan qaldırılıb. Yalnız ictimai nəqliyyat vasitələrində və tibb müəssisələrində maska taxmaq zərurəti gündəlik yoluxma sayı mindən aşağı düşənədək davam edəcək", - deyə R.T.Ərdoğan bildirib.

O qeyd edib ki, son bir neçə gün ərzində Türkiyədə gündəlik yoluxma sayı 3 min həddindən aşağı düşüb.