Türkiyə ordusu İraq və Suriyada 3 terrorçunu məhv edib

Türkiyə ordusu İraq və Suriyada 3 terrorçunu məhv edib

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri Suriyada iki YPG (PKK terror təşkilatının Suriya qolu - red.), İraqda isə bir PKK terrorçusunu zərərsizləşdirib.

TurkicWorld-un məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçular Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı zonasında və İraqın şimalında Avaşin rayonu ərazisində məhv ediliblər.

Terrorçuların zərərsizləşdirilməsi üçün atəş dəstəyi və PUA-lardan istifadə edilib.