Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası aparılacaq - MN

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası aparılacaq - MN

Bakı. TurkicWorld:

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən TurkicWorld-ə bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.