Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxub

Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxub

Bakı. TurkicWorld:

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı koronavirusa yoluxub.

TurkicWorld-un məlumatına görə, bu barədə səfir "Twitter" səhifəsində bildirib.

Səfirin sözlərinə görə, özü və həyat yoldaşının COVID-19 testi pozitiv çıxıb. Hazırda xəstəliyi ağır qrip şəklində keçirirlər:

"Çox şükür durumumuz yaxşıdır. Vəziyyətimizlə yaxından maraqlanan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik", - C.Bağcı yazıb.