Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 2 terrorçunu məhv edib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 2 terrorçunu məhv edib

Bakı. TurkicWorld:

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının (YPG) 2 üzvünü məhv edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçular "Zeytun budağı" əməliyyatı zonasına hücum etməyə hazırlaşırdılar.

Qeyd edilir ki, terrorçuların mövqeyinə həmçinin artileriya zərbəsi endirilib.