Bölmələrimiz güc tətbiq etmədən mövqelərin dəqiqləşdirilməsini davam etdirir - MN

Bölmələrimiz güc tətbiq etmədən mövqelərin dəqiqləşdirilməsini davam etdirir - MN

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

Bunu TurkicWorld-ə Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

"Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir",- məlumatda qeyd edilir.