Putin və Paşinyan Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər

Putin və Paşinyan Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

TurkicWorld-un məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

"Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağa dair üçtərəfli sazişlərin icrası, o cümlədən atəşkəs rejiminə riayət olunması və Cənubi Qafqazda nəqliyyat-logistika əlaqələrinin bərpası ilə bağlı məsələlər müzakirə edilib", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı N.Paşinyan V.Putinə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına yönəlmiş təmaslardan danışıb.

"Nikol Paşinyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş son təmaslar barədə məlumat verib", - deyə mətbuat xidmətindən bildirilib.