Türkiyədə yeni PUA-nın istehsalı başlayıb (FOTO)

Türkiyədə yeni PUA-nın istehsalı başlayıb (FOTO)

Türkiyənin "Baykar" şirkəti yeni pilotsuz uçuş aparatının (PUA) istehsalına başlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə şirkətin texniki direktoru Səlcuq Bayraktar öz "Twitter" səhifəsində elan edib.

O bildirib ki, "Kızılelma" adlı yeni pilotsuz hərbi uçuş aparatı tezliklə təqdim olunacaq.

Qeyd edək ki, "Kızılelma"nın prototipi 3,5 il əvvəl təqdim olunmuşdu.