Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı yeni layihə planlaşdırırıq - Türkiyəli yazıçı (FOTO/VİDEO)

Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı yeni layihə planlaşdırırıq - Türkiyəli yazıçı (FOTO/VİDEO)

Azərbaycanla birgə qardaşlıq layihəsi planlaşdırırıq. Gələcək günlərdə Azərbaycan-Türkiyə qardaşlığı mesajını dünya uşaqlarına çatdıracağıq.

Bunu TurkicWorld-ə müsahibəsində türkiyəli uşaq yazıçısı, "Şakrak" qəhrəmanı ilə tanınan Ayşe Gül Kara Zorlu deyib.

Dünyada çox sayda çizgifilmi, nağıl personajlarının olduğunu deyən yazıçı türk dünyasına aid bir personajın yaradılmasını vacib sayır:

"Uşaqların izlədiyi filmlərə, oxuduqları kitablara baxdıqda hamısının xarici olduğunu görürük. Bəs nəyə görə türk dünyasına məxsus bir personaj olmasın və bu personaj nə üçün bir kitab vasitəsilə dünyada tanınmasın? Buna görə “Şakrak” personajını yaratdıq. Dünyada minlərlə görmə məhdudiyyətli uşaqlar da var. Biz onları düşünürək bu kitabları brayl əlifbası ilə də çap edirik. Bu kitablar vasitəsilə uşaqlara insani keyfiyyətləri, milli dəyərləri aşılayırıq" - deyə o bildirib.

Yazıçı bildirib ki, növbəti hekayələrdə Azərbaycanla bağlı da nüanslar olacaq:

""Şakrak" personajı Azərbaycana səyahət edərək buranın görməli yerlərini, abidələrini gəzəcək və beləliklə bütün uşaqlar onun gözü ilə Azərbaycanı tanımış olacaq", - türkiyəli yazıçı deyib.