Ombudsman Aparatının rəhbəri İstanbulda keçirilən beynəlxalq tədbirdə çıxış edib

Ombudsman Aparatının rəhbəri İstanbulda keçirilən beynəlxalq tədbirdə çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam‭ ‬ ‭ ‬Əməkdaşlıq‭ ‬ ‭ ‬Təşkilatının‭ ‬ ‭ ‬Müstəqil‭ ‬ ‭ ‬Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK-nın) üzvü Aydın Səfixanlı 16-17‭ ‬‭‬fevral‭ ‬tarixlərində‭ İstanbul şəhərində İƏT MDİHK‬, Türkiyənin Ədliyyə və Xarici İşlər nazirlikləri tərəfindən birgə təşkil edilmiş “Müsəlmanların qarşılaşdığı insan hüquq pozuntuları” adlı beynəlxalq seminarda iştirak edib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

A.Səfixanlı sessiyalarda çıxışı zamanı faşizm, rasizm, ksenofobiya‭ kimi ‬İslamafobiyanın‭ da insan hüquq və azadlıqlarının kobud pozuntusuna, insanlıq və bəşəriyyət əleyhinə cinayətlərin törədilməsinə səbəb olması‬ barədə danışıb. Ermənistanın uzun illər azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasətinin əsas səbəbi kimi dini və milli faktorların olduğu seminar iştirakçılarının diqqətinə çatdırılıb.‬‬‬‬‬‬‬‬‬‬
Eyni zamanda vurğulanıb ki, ötən il Azərbaycan Ombudsmanının dəvəti əsasında İƏT MDİHK üzvləri ölkəmizdə səfərdə olaraq, Ermənistan tərəfindən törədilmiş beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının pozuntu‭su hallarının müəyyən edilməsi ‬ilə bağlı faktaraşdırıcı‭ ‬missiya həyata‭ ‬keçiriblər.‭ ‬Həmin monitorinqlər zamanı nümayəndə heyətinin ‭ ‬işğaldan azad olunmuş Ağdam şəhərində kütləvi dağıntılara, o cümlədən Pənahəli xan məqbərəsi, Ağdam Cümə məscidi‭ ‬kimi‭ ‬mədəni və dini‭ ‬abidələrin‭ ‬ ‭ ‬dağıdılması,‭ ‬müsəlmanlara‭ ‬məxsus abidələrin təhqir edilməsi faktlarına şahidlik etdikləri vurğulanıb.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬
Bununla‭ ‬ ‭ ‬yanaşı,‭ ‬Aparat‭ ‬ ‭ ‬rəhbəri‭ ‬ ‭ ‬çıxışında‭ ‬ ‭ ‬insanların‭ ‬ ‭ ‬məhz‭ ‬ ‭ ‬etnik‭ ‬ ‭ ‬və‭ ‬ ‭‬dini mənsubiyyətinə görə kütləvi şəkildə məhv edildiyi Xocalı‭ ‬soyqırımı‭ barədə məlumat verərək, bu dəhşətli qətliamdan ‬30 il ötdüyünü, lakin bu ağır cinayəti törədənlərin hələ də məsuliyyətə‭ ‬cəlb‭ ‬edilmədiyini‭ ‬ ‭ ‬nəzərə‭ ‬çatdırıb.‭ ‬ ‬İƏT‭ ‬ ‭ ‬tərəfindən Xocalıda törədilən cinayətin soyqırım kimi tanındığı qeyd olunaraq, digər İslam ölkələrinin də bu cinayəti soyqırım kimi tanımasına çağırış edilib və bu cinayətləri törədənlərin ədalət mühakiməsinə cəlb olunması istiqamətində birgə əməkdaşlığın zəruriliyi vurğulanıb.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬