Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusa yoluxub.
TurkicWorld-un məlumatına görə, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, bu gün verdiyi koronavirus testi müsbət nəticələnib.
M.Çavuşoğlu xəstəliyi yüngül keçirdiyini, evdən işlərini davam etdirəcəyini qeyd edib.