“Al Market” Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılıb

“Al Market” Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılıb

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına tövhəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə nazirlər, millət vəkilləri və digər dövlət xadimləri iştirak edib. Fəaliyyət dövrü ərzində daim sosial layihələrdə aktiv iştirak edən “Al Market” mağazalar şəbəkəsi də mükafata layiq görülüb. Mağazalar şəbəkəsi “Qazilərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Məşğulluq altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan” və “Məşğulluq altsistemində ən aktiv özəl sosial tərəfdaş” nominasiyaları üzrə təltif edilib.

Təşkilatçılar tərəfindən bildirilib ki, “Məşğulluq marafonu” korporativ sosial məsuliyyətin bir nümunəsidir, şəhid ailəsi üzvləri və qazilərin məşğulluğunun təminatına xidmət edən bu marafonda “Al Market” ən aktiv iştirak edən tərəfdaşlardan olub. Marketlər şəbəkəsi tərəfindən hər zaman həssas qrupların iş təminatının həyata keçirildiyini və bu prosesin gələcəkdə də davam edəcəyi bildirilib.

Qeyd edək ki, 2012-ci ildə fəaliyyətə başlayan "Al market" Azərbaycanın ilk endirimli - discount mağazalar şəbəkəsidir. Bu gün ölkənin dörd bir bölgəsində 800-ə yaxın mağazası və 4000 əməkdaşı ilə pərakəndə sektorunun ən uğurlu şəbəkə marketlərindəndir.