2021-cu ildə DSX 386 hektar ərazini minalardan təmizləyib

2021-cu ildə DSX 386 hektar ərazini minalardan təmizləyib

2021-cu ildə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.

"947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsi Azər­baycan sərhədçiləri tərəfindən nəzarət altına götürülmüş, bu istiqamətdə sərhəd mü­ha­fizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib" - deyə hesabatda qeyd olunub.