Son dəqiqə

Bunu bilirsinizmi?

Pişiklər sözləri körpələrdən daha sürətli öyrənirlər

Bakı,TurkicWorld

Alimlər 1990-cı illərdə 14 aylıq körpələrdə dil inkişafını öyrənmək üçün istifadə edilən təcrübədə pişiklərin dil qabiliyyətlərini sınaqdan keçiriblər.

Əvvəlki araşdırmalar göstərdi ki, pişiklər insanların siqnallarını təqib edə bilir, kimə etibar edə biləcəklərini və onların qidasına kimin cavabdeh olduğunu başa düşürlər. Onların öz adlarını tanıya bilmələri də məlum idi.

Yaponiyanın Abazu Universitetindən olan koqnitiv alim Saho Takagi və onun komandası yeni araşdırmada pişiklərin insan dilini öyrənmək üçün kifayət qədər “təchizat” olub-olmaması sualına müraciət ediblər.

"Tapıntılar məni çox təəccübləndirdi. Pişiklər heç bir xüsusi mükafata yönəlmiş təlim olmadan insan nitqini dinləyə və sözləri başa düşə bilirlər",- deyə Takagi bildirib.

Takagi və həmkarları 1990-cı illərdə 14 aylıq körpələrdə dil inkişafını öyrənmək üçün istifadə edilən təcrübədə pişiklərin dil qabiliyyətlərini sınaqdan keçiriblər.

Bu testdə körpələr cəmi 16-20 təkrardan sonra sözləri obyektlərlə əlaqələndirmə əlamətlərini göstərdilər.

Tədqiqatçılar 31 pişiyin hər birini iki qısa cizgi filmi göstərən noutbukun qarşısına qoyublar. Pişiyin sahibinin uydurma söz dediyi audio çarx da səsləndirilib.

İlk animasiyada ekranda təkbuynuzlu bir məxluq böyüyüb kiçilirdi. Bu zaman pişiklər sahiblərinin “keraru” dediyini eşidiblər. İkinci animasiyada genişlənən və büzülən qırmızı üzlü günəş əks olundu və bu dəfə uydurma söz "parumo" idi.

Körpələr üzərində aparılan araşdırmada şəkil-söz cütü üçün 20 saniyə davam edən ən azı dörd sınaq aparılıb.

Yeni araşdırmada pişiklərin 9 saniyəlik iki animasiya ilə öyrənə bildiyi görüldü.

İkinci mərhələdə təsvirlər üçün müxtəlif sözlər səsləndirilib. Bu dəfə “yanlış” sözü dinləyən pişiklərin göz bəbəklərinin genişləndiyi və ekrana 33 faiz daha çox baxdığı anlaşılıb. Bu o deməkdir ki, onlar söz-şəkil uyğunsuzluğunu fərq edirlər.

Tədqiqat qrupu bu nəticələrin pişiklərin tez bir zamanda şəkil-söz birləşmələri yarada bildiyini göstərdiyini deyib.

Mövzuya görə xəbərlər