Nikol Paşinyan yenə koronavirusa yoluxub

Nikol Paşinyan yenə koronavirusa yoluxub

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

TurkicWorld-un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bu barədə hökumətin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, N.Paşinyanın verdiyi koronavirus testi müsbət nəticələnib və hazırda baş nazir özünütəcrid rejiminə keçib. Xəstəliyin simptomsuz keçdiyi bildirilir.

Xatırladaq ki, N.Paşinyan 2020-ci ilin iyununda da koronavirusa yoluxmuşdu.