Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna böhranı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

TurkicWorld bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Ərdoğanın sözlərinə görə, Rusiya ilə Ukrayna arasında sərhəd pozuntusundan işğaladək bütün hadisələrin müharibə ssenarisi ilə inkişafı regionda sülhün bərqərar olması üçün çox ciddi təhdid olacaq.

Türkiyə prezidenti həmçinin bəyan edib ki, üzərinə düşən hər şeyi etməyə hazırdır:

"Qarşıda Ukraynaya səfərim var. Bəlkə, cənab Putinlə də telefonla danışıqlarımız və ya Moskvaya səfərim oldu. Biz regionda sülhün hökm sürməsini istəyirik”.