...

Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası dəyişir

Digər xəbərlər Digər xəbərlər 21 Yanvar 2022 20:01
Yeni Müsavat Nigar Ceferli
Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası dəyişir

Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası dəyişir.

TurkicWorld xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil etməlidir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti