...

"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz - Kamran Əliyev

Digər xəbərlər Şərh 20 Yanvar 2022 19:00
TurkicWorld Mustafa Askerbeyli
"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz - Kamran Əliyev

"Tərtər işi" ilə bağlı istintaq qrupu yaradılıb və intensiv istintaq hərəkətləri aparılır. Heç kim bu işdən siyasi məqsədlər üçün istifadə edə bilməz və bu, yolverilməzdir, qanunla qəti qadağandır.

TurkicWorld-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

"Tərtər hadisələri olub, onun istintaqı təzələnib və qanunla nəzərdə tutulmuş bütün imkanlardan istifadə edərək həqiqətin tam üzə çıxarılması, bərpa olunması və təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparılır", - Baş prokuror deyib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti