...

Türkiyədə COVİD xəstələri ilə təmasda olanlar üçün məcburi PZR-testi ləğv edilib

Digər xəbərlər Digər xəbərlər 13 Yanvar 2022 08:59
TurkicWorld Mustafa Askerbeyli
Türkiyədə COVİD xəstələri ilə təmasda olanlar üçün məcburi PZR-testi ləğv edilib

Türkiyədə koronavirus xəstələri ilə təmasda olmuş insanlar üçün məcburi PZR-testindən keçmək qaydası ləğv edilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Elmi Komitənin iclasının yekunları üzrə səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, iclasda koronavirusa qarşı hər üç peyvəndi vurduran şəxslərin karantinə alınmaması qərara alınıb.

Koronavirus xəstələri üçün karantin müddətindən danışan nazir qeyd edib ki, onlar təkrar test vermədən 7 gündən sinra özünütəcrid rejimindən çıxa biləcəklər.

"Elmi Komitəmiz inkişaf etmiş ölkələrdə qüvvədə olan qaydaları və xəstəliyin yayılmasını nəzərə alaraq, koronavirus xəstələri ilə təmasda olanlar üçün məcburi PZR testini ləğv edib. Bundan sonra PZR testi yalnız xəstəliyin simptomları olan şəxslər üçün məcburi olacaq", - deyə nazir əlavə edib.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti