Ermənistan parlamentində dava düşüb, döyülənlər var

Ermənistan parlamentində dava düşüb, döyülənlər var

Dekabrın 7-də Ermənistan parlamentində gərgin anlar yaşanıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

“Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyanın köməkçisi mediaya açıqlamasında deyib ki, dəhlizdən keçərkən hakim partiyadan olan vitse-spiker Ruben Rubenyanın kabinetindən səs-küy eşidib. Yaxınlaşanda görüb ki, hakim partiyanın bir neçə deputatı müxalifətçi deputatların köməkçilərini döyür. Mühafizə xidməti əməkdaşlarının da iştirak etdiyi hadisədə Vaaqn Aleksanyan, Sisaka Qabrielyan və Qraçya Akopyanın döyüldüyü məlum olub.

Döyülənlərin “Daşnaksütun” fraksiyasının gənclər qanadının nümayəndələri olduğu bildirilir.