Müdafiə nazirinin müavini Moskvaya yola düşüb

Müdafiə nazirinin müavini Moskvaya yola düşüb

Dekabrın 6-da Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, səfər dekabrın 9-dək davam edəcək.