...

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib

Digər xəbərlər Digər xəbərlər 6 Dekabr 2021 19:59
TurkicWorld Mustafa Askerbeyli
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən yarışda batareyaların şəxsi heyətinin tam təchizatı, fərdi və qrup halında normativləri yerinə yetirmə bacarıqları yoxlanılıb.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Ümumi nəticələrə əsasən tank əleyhinə idarəolunan raketlər batareyası birinci olub.
Qalib batareyanın şəxsi heyəti Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən həvəsləndirilərək mükafatlandırılıb.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti