...

Zakir Həsənov komandolara yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmağı tapşırıb

Digər xəbərlər Digər xəbərlər 26 Noyabr 2021 10:32
Yeni Müsavat Nigar Ceferli
Zakir Həsənov komandolara yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmağı tapşırıb

"Hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının xüsusi əhəmiyyəti var".

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində deyib.

Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti