Ermənistan ordusu daha bir hərbçisini itirdi

Ermənistan ordusu daha bir hərbçisini itirdi

Ermənistan ordusunun daha bir əsgəri ölüb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, hadisə Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində baş verib. 24 noyabr, saat 14.50-də Suten Avetisyan (2001) başından aldığı güllə yarasından ölüb. Ermənistan Müdafiə Nazirliyi hadisənin səbəblərini araşdırır.

Qeyd edək ki, son ayda erməni ordusunda davamlı olaraq ölüm halları baş verir.