Şuşa 2023-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan ediləcək - Anar Kərimov

Şuşa 2023-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan ediləcək - Anar Kərimov

Şuşa 2023-cu ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan ediləcək.

TurkicWorld xəbər verir ki, bunu Mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

"Bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək",- deyə nazir qeyd edib.