Ermənistan KİV: “6 erməni hərbçi Azərbaycan Ordusu tərəfindən saxlanıb”

Ermənistan KİV: “6 erməni hərbçi Azərbaycan Ordusu tərəfindən saxlanıb”

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribat nəticəsində 6 erməni hərbçi Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanıb.

Musavat.com bu barədə Ermənistan mətbuatına istinadən məlumat verir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.