Türkiyədə kurs bitirən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi keçirilib (FOTO)

Türkiyədə kurs bitirən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi keçirilib (FOTO)

Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.