...

Türkmənistan türkdilli ölkələrin xəbərlərini yayımlayan Türk Dünyası (TurkicWorld) layihəsinə qoşuldu (FOTO)

Digər xəbərlər Digər xəbərlər 20 Oktyabr 2021 13:10
TurkicWorld Aytac Aliyeva
Türkmənistan türkdilli ölkələrin xəbərlərini yayımlayan Türk Dünyası (TurkicWorld) layihəsinə qoşuldu (FOTO)

Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin "Albayrak Media Group"unun təşəbbüsü ilə reallaşan və türkdilli ölkələrin xəbərlərini yayımlayan "Türk Dünyası" (www.turkic.world) layihəsinə Türkmənistan da qoşulub.
Bundan sonra media platformada xəbərlər azərbaycan, türk, qırğız, rus, ingilis olmaqla yanaşı eyni zamanda türkməncə də yayımlanacaq. Yaxın zamanda digər türkdilli dövlətlərin media strukturlarının da layihəyə qoşulması gözlənilir.
Qeyd edək ki, bu il mayın 24-də Bakıda "Türk Dünyası" (www.turkic.world) ilk rəqəmsal layihəsinin təqdimatı keçirilib. Layihənin təqdimat mərasimində media strukturlarının rəhbərləri, türkdilli dövlətlərin diplomatları, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Unikal proqram təminatı layihəni təkmilləşdirməyə və digər türkdilli dövlətləri yaradılan rəqəmsal platformaya qoşmağa imkan verir. Rəqəmsal platformanın mobil versiyası da hazırlanıb.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti