Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi

Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Səlcuq Bayraktarın atası Özdemir Bayraktar 72 yaşında vəfat edib.

TurkicWorld TRT-yə istinadən xəbər verir ki, “Baykar” İdarə heyətinin sədri Özdemir Bayraktar İstanbulda müalicə alığı xəstəxanada vəfat edib.

Dəfn mərasimində çıxış edən Türkiyənin vitse -prezidenti Fuat Oktay, Özdemir Bayraktara Tanrıdan rəhmət diləyib.

"Özdemiri çoxdan tanıyırdıq. Vətəninə və millətinə aşiq olan, ölkəsi və milləti üçün xəyalları olan, məqsədləri olan bir ağsaqqal idi" - deyə o qeyd edib.

Qeyd edək ki, Özdemir Bayraktar uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.