Orta Asiya Türk memarlığının nadir nümunəsi Registan meydanı haqqında maraqlı faktlar

Orta Asiya Türk memarlığının nadir nümunəsi Registan meydanı haqqında maraqlı faktlar

Bakı. TurkicWorld:

Registan meydanı - Orta Asiya Türk memarlığının nadir nümunələrindən biridir. Əsası XV əsrdə Uluqbəy tərəfindən qoyulan, üzəri möhtəşəm kaşılarla bəzədilmiş nəhəng qapılara malik üç ayrı mədrəsənin əhatə etdiyi bir sahədir.

Tarixi:

Registan meydanı Səmərqəmdin mərkəzi olub. Meydan üç mədrəsədən ibarətdir: Uluqbəy mədrəsəsi (XV əsr), Şir-Dor mədrəsəsi (XVII əsr) və Tilla-Kari mədrəsəsi (XVII əsr). İlk mədrəsənin qurulması ilə birlikdə bütün bayramlar, festivallar və bazar günü bazarı burada qurulmağa və qeyd olunmağa başlayıb. Mədrəsə İslam dininin ali məktəbləri sayılır. Uluqbəy mədrəsəsi 1417-1420-ci illər tarixlərində Uluqbəy tərəfindən qurulub və şəxsən özü burada, ölümünə qədər riyaziyyat və astronomiyadan dərs keçib.

Uluqbəyin ölümündən 200 il sonra, Səmərqəndin hakimi olan Yalangtuş Bahadurın əmri ilə birinci mədrəsənin eynisi olaraq, ikinci bir mədrəsə inşa etdirilib və Şir-Dor mədrəsəsi adı verilib. Aralarındakı yeganə fərq, yeni mədrəsədə artıq iki dənə qışın istifadə edilmək üçün hazırlanmış təhsil dəhlizi olmasıdır. Bunun xaricində baş quruluş birinci mədrəsə ilə eynidir. Bundan bir neçə il sonra təkrar üçüncü mədrəsə, Tilla-Kari tikdirilib.

Kənardan görünüşü digər iki mədrəsəyə oxşamaqla birlikdə bu mədrəsənin daxili quruluşu bir qədər fərqlidir. Mədrəsələr eyni plan əsasında inşa edilib. Tilla-Kari mədrəsəsi dördkünclü bir bağça, dörd eyvan və dairə boyunca sıralanmış otaqlardan ibarətdir. Otaq qapıları İslam dinində mühüm bir xüsusiyyət olan hörmət və alçaq könüllüyü vurğulamaq üçün xüsusən alçaq düzəldilib. Qapılardan girərkən və çıxarkən mütləq başın aşağıəyilməsi lazımdır.