Dünya şöhrətli Azərbaycanlı həkimlər Bakıda qazilərimizi müayinə edirlər

Dünya şöhrətli Azərbaycanlı həkimlər Bakıda qazilərimizi müayinə edirlər

Səhiyyə Nazirliyi və “YAŞAT” Fondunun təşkilatı dəstəyi ilə dünya şöhrətli azərbaycanlı alim həkimlərimiz öz təşəbbüsləri ilə qazilərimizi tibbi müayinə edirlər.

Səhiyyə Nazirliyindən Turkic.World-ə verilən məlumata görə, avqustun 12-dən 14-ə kimi Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina, Harvard Universiteti Tibb Məktəbinin (ABŞ) dosenti, Boston şəhərində yerləşən Başağrısı Mərkəzinin direktoru Səid Aşina, Kopenhagen Universitetinin Başağrısı və Nevrologiya Mərkəzinin elmi işçisi Xəqan Aşina Bakı Sağlamlıq Mərkəzində planlaşdırılmış, şikayəti olan Vətən müharibəsi iştirakçılarının tibbi müayinə və müalicələrini aparırlar.

Qeyd edək ki, professor Məsud Aşina uzun illər Azərbaycandan uzaqda yaşasa da, doğma Vətəni heç vaxt unutmayıb, diasporamızla sıx əlaqədə olaraq hər zaman xalqımıza öz dəstəyini göstərib. Məsud Aşina Prezident İlham Əliyevin sərəncamı ilə “YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib.