Prezident İlham Əliyev Putinə başsağlığı verib

Prezident İlham Əliyev Putinə başsağlığı verib

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

TurkicWorld xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

“Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.

Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralılanlara isə tezliklə şəfa diləyirəm".