Qırğız idmançıları Antalyada keçiriləcək güləş turnirinə qatılacaq

Qırğız idmançıları Antalyada keçiriləcək güləş turnirinə qatılacaq

Bakı. TurkicWorld:

Qırğız idmançıları Antalyada keçiriləcək güləş turnirinə qatılacaq.

TurkicWorld-un məlumatına görə, Qırğızıstanın qadın güləşi üzrə yığma komandasının üzvləri “Victory Cup and Champions” beynəlxalq turnirində iştirak edəcəklər.

Qeyd edək ki, turnir 29 aprel-4 may tarixləri arasında Antalyada keçiriləcək.

Komanda siyahısı:

1. Ayday Nurdinova 62 kq;

2. Aytolkun Medet qızı 57 kq;

3. Tənçolpon Kabilbəyova 62 kq;

4. Kalmira Bilimbekova 59 kq;

5. Gülnur Tastanbekova 68 kq;

6. Çarkınay Nurlan qızı 62 kq;

7. Güldanə Baatırbəyova 60 kq.

Məşqçilər: Nursultan Askarbekov və Bilimbek Kaparbekov.