Bişkekdə yurt bənzəri futbol stadionunun tikiləcək

Bişkekdə yurt bənzəri futbol stadionunun tikiləcək

Bakı. TurkicWorld:

Tezliklə Bişkekdə 'yurt'-a bənzər futbol stadionunun tikintisinə başlanacaq.

TurkicWorld-un məlumatına görə, Qırğızıstan Prezident Administrasiyasının rəhbəri Kanıbek Tumanbayev gələcək futbol stadionunun ilkin dizaynını paylaşıb.

Tumanbayevin sözlərinə görə, ölkə prezidenti Sadır Japarov 45 min nəfərlik stadionun tikintisinə göstəriş verib.

Məlumata görə, stadionun ilkin layihəsi tanınmış xarici şirkətlə birgə hazırlanıb.

"Memarlıq layihəsi milli dəyərlərimizə uyğunlaşdırılıb və yurtu xatırladır. Stadionda bütün şərait müasir tələblərə uyğun olaraq nəzərdə tutulub: mağazalar, istirahət guşələri və dayanacaqlar. Yaxın günlərdə tikinti işlərinə başlayacağıq. Layihə, Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri, Qırğızıstan Futbol Birliyi Başçısı Kamçıbek Tasevin nəzarəti altındadır " - deyə məlumatda qeyd edilib.